Nikol Kidman Tom Kruzla evli olduğu zaman övladlığa götürdüyü oğlunun toyuna gedə bilməyəcək.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hazırda 24 yaşında olan Konnor Krus italiyalı sevgilisi Silvia ilə tezliklə evlənməyə hazırlaşır.
İddia edilib ki, atası Tom ona qadağa qoyaraq, Nikolun toya qatılmamasını tələb edib. O, isə Kruzun qərarına etiraz etməyib.
Qeyd edək ki, Kidman övladlığa götürdüyü uşaqlarla illərdir görüşmür. Bunun səbəbi isə uşaqların inancı ilə bağlıdır. Belə ki, onların Sayıntoloci təriqətinə sitayiş etməsi Nikolu uzaqlaşdırıb. Aktrisa evliliyinin də bu təriqətə görə dağıldığını bildirmişdi.
Onu da bildirək ki, 2001-ci ildə Kruzdan boşanan Kidman bir zərbəni də uşaqlarından almışdı, onlar atalarında qalmağı daha üstün tutmuşdular.
Sənətçi 2015-ci ildə baş tutan qızının toyunda da iştirak etməmişdi