İstanbulun Bebek səmtində 10 milyonluq lüks evə köçmək istəyən Hadisənin xəyalları suya düşüb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, müğənni evi kredtilə almaq istəyib. Lakin onun tələbi rədd edilib.
Bildirilir ki, sənətçi bütün əmlakını ailəsinin adına keçirdiyi üçün ona kredit verilməyib.
O, yenidən başqa bir banka müraciət edib. Saatyarımlıq prosesdən sonra 34 yaşlı müğənninin istəyinə nail olub-olmaması isə bilinməyib