Türkiyəli aktrisa Bergüzar Korel 15 il sonra yenidən teatr səhnəsinə qayıdır.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, monotamaşada yer alacaq.
“Teatra qayıtmaq möhtəşəmdir. Serial çəkilişləri məni çox yorub, bir də çəkilməyəcəm. Hazırki həyatımdan məmnunam. Ailəmə, dostlarıma vaxt ayıra bilirəm” deyə, aktrisa bildirib.
Qeyd edək ki, Bergüzar sonuncu dəfə həyat yoldaşı Halit Ergençlə birgə “Vatanım sensin” serialında rol almışdı