İspan rəssam Pablo Pikasssonun 20 il öncə oğurlanan 25 milyon avro dəyəörindəki “Qadının büstü” tablosu tapılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, tablonu tapan isə “İndiana Cons” ləqəbli dedektiv Artur Bren olub.
2015-ci ildən bəri tablonun axtarışına çıxan Artur onu 4 milyon dollar sığorta pulunu ödəməsi şərti ilə eks-sahibi səudiyyəli biznesmen Abdul Mohsen Abdulmalik əl-Şeyxə qaytaracaq.
Qeyd edək ki, Pikasso tablonu sevgilisi Dora Maarın portreti olaraq 1939-cu ildə ərsəyə gətirib. Səudiyyəli biznesmen bu əsəri 80-ci illərdə alıb. Rəsm əsəri Abdulun Fransa sahillərində gəzən yaxtasından 1999-cu ildə oğurlanıb