Türkiyəli müğənni Ömür Gediki qaz tükündən düzələn libas geyinməkdə günahlandıran Bülent Ersoya sərt cavab verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Gedik onu “şərçi” adlandırıb. Ersoy onu kürk geyindiyi üçün tənqid edən Ömürü qızının toyunda qaz tükündən libas geyinməkdə günahlandırıb.
Mövzu ilə əlaqədar sosial media hesabında paylaşım edən Gedik onu günahlandıran Ersoyun haqsız olduğunu söyləyib və modelyeri ilə yazışmasını Tvitterdə paylaşıb.