Qadin.NET / Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ

Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ

Beren Saat və Kenan Doğulunun AYRILIQ SƏBƏBİ


Türkiyəli aparıcı Seren Serengil “Youtube” kanalında Beren Saat və Kenan Doğulu cütlüyünün boşanma səbəbini açıqlayıb.
 Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, iddia edib ki, cütlüyün boşanmasına səbəb Kenanın anası Serpil Doğuludur.“Evlilik zamanı iki insan yalnız buraxılmalıdır. Ailələr görüşmək məcburiyyətində deyil. Onları istəməmək haqqına sahibsiniz. Ailələrin cütlüklərin ən gözəl günlərində kaprizlərinə görə belə şeylər etməklərinə nə haqqları var? Xarici qüvvələr başını sizin həyatınıza soxanda, qadın hirslənir. Yaxşı ailə uşaqlarını xoşbəxt görmək istəyirsə, cütlüyü bir araya gətirməlidir. Başqasına görə ailənizi dağıtmayın. Berenə bir şey olmaz. Çox pis olacaqsan, Kenan. Bir kişi üçün irəlidə eks-arvadını başqası ilə görmək çox ağırdır. Təmir etməyə çalış. Səmimiyyətim olsa, özüm zəng edib, barışdıraram. Bu ailənin dağılmağını istəmirəm” deyə, Seren yazıb.
Qeyd edək ki, Beren qayınanası Serpillə bir neçə il öncə problem yaşamış, onu İnstaqramda izləmədən çıxarmışdı.Onu da bildirək ki, 2014-cü ildə evlənən Beren və Kenanın 28 martda boşanacağı iddia edilir.
25 mart 2019
GO BACK