Qadin.NET / Emin Ağalarovdan Trampla bağlı paylaşım-FOTO

Emin Ağalarovdan Trampla bağlı paylaşım-FOTO

Emin Ağalarovdan Trampla bağlı paylaşım-FOTO


Tanınmış müğənni, Xalq artisti Emin Ağalarov ABŞ-ın xüsusi prokuroru Robert Müllerin seçkiyə müdaxilə ilə bağlı istintaqın yekun hesabatına dair paylaşım edib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Emin Ağalarov ABŞ Prezidenti Donald Trampın xüsusi prokurorun hesabatı barədə "Foks nyus" telekanalında yayımlanan şərhini özünün İstaqram hesabında izləyiciləri ilə bölüşüb.

"Rusiya ilə sövdələşmə olmayıb. Müllerin 2 illik istintaqı bitdi!", - deyə Emin Ağalarov qeyd edib.

O, Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyinin aydınlaşdığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Robert Müllerin seçkiyə müdaxilə ilə bağlı istintaqın yekun hesabatı Moskvayla Tramp arasında sözləşmənin olmadığını aşkarlayıb

Emin Ağalarovdan Trampla bağlı paylaşım-FOTO


25 mart 2019
GO BACK