Qadin.NET / Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı

Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı

Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı


Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

Qadin.Net bildirir ki bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Hazırda sənəd qəbulunun davam etdiyi bildirilib: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzusunu reallaşdıra biləcək".

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

25 mart 2019
GO BACK