Qadin.NET / HAVA necə olacaq?- 25 MART

HAVA necə olacaq?- 25 MART

HAVA necə olacaq?- 25 MART


Martın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti təşkil edəcək

24 mart 2019
GO BACK