“Vəhşi Mələk” serialından sonra məşhurlaşan Natalia Oreiro yenidən Rusiyaya gedib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu dəfə uruqvaylı aktrisa və müğənni Rusiyada böyük konsert turu ilə çıxış edəcək. Ulduz səfəri zamanı İvan Urqantın məşhur şousunda qonaq olub və konsert turu ilə bağlı suallara cavab verib:
“Bu dəfə Rusiya komandası ilə işləyirəm: rəqqasələr, musiqiçilər, makiyaj ustaları və s. Özümü demək olar ki, rus kimi hiss edirəm. Burda çox rahatam. Rusiyaya mənlə sadəcə səs rejissorları və konsert direktoru gəlib. Bu, Rusiyaya 15-ci gəlişimdir. Bircə o qalıb ki, V.Putin mənə Rusiya vətəndaşlığı versin. Lakin belə görürəm ki, o, deyəsən bunu istəmir”.
Konsert turu aprelin ortalarınadək davam edəcək. Oreiro Urqantın “Əriniz Rikardo Molonun ondan uzun müddət ayrı qalmanıza münasibəti necədir” sualına cavabı belə olub:
“ O da musiqiçidir, artıq öyrəşib”