Qadin.NET / iPhone istifadəçilərinə şad xəbər

iPhone istifadəçilərinə şad xəbər

iPhone istifadəçilərinə şad xəbər


iOS sistemli mobil qurğular da "WhatsApp"ın müəssisələr üçün hazırladığı "WhatsApp Business" tətbiqindən istifadə edə biləcəklər.

Qadin.Net Qaynarinfo-ya istinadən xəbər verir ki, 2018-ci ilin əvvəllərində hazır olan tətbiq "WhatsApp"ın əsas tətbiqinə çox bənzəyir. Android və noutbuklarda artıq istifadə edilən tətbiqdən yaxın vaxtlarda iOS istifadəçiləri də faydalana biləcəklər.

Qeyd edək ki, tətbiq bizneslə və ya kiçik sahibkarlıqla məşğul olanlar üçün geniş imkanlar təqdim edir. Belə ki, istifadəçilər bunun köməyi ilə müxtəlif mesajları avtomatik edə, sıralaya və avtocavab verə bilər. Bunun üçün istifadəçi müəssisəsi ilə bağlı profil yaradır, mail və şirkətin saytının ünvanını daxil edir. Tətbiq həmçinin istifadəçiyə neçə mesajın uğurla göndərildiyi barədə statistika da verir

23 mart 2019
GO BACK