Qadin.NET / 2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ

2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ

2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ


Xəstəxanaya ürək bulanma, ağrı, qusma ilə gətirilən 2 yaşlı uşağı rentgen edən həkimlər onun mədəsində kiçik bir qolbaq olduğunu görür. Uşağın anası etiraf edib ki, uşaq oynayarkən maqnit muncuqları bir-bir ağzına salıb. Ana əvvəl elə bilib ki, o muncuqları ağzında gizlədir. Amma ağız boşluğuna baxanda mincuqların artıq udulduğunu görür. 

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, hadisə Çinin Monqol rayonunda baş verib. Ana özü muncuqları uşağın mədəsindən çıxarmaq istəsə də bu onda alınmayıb.

Dərhal xəstəxanaya çatdırılan qızın mədəsində bir-birinə yapışaraq qolbaq formasını alan muncuqları endoskop vasitəsilə çıxarmağa müvəffəq olublar. Muncuqların bir neçəsi mədə divarını zədələmişdi. 

Həkim bildirib ki, əgər muncuqlar bağırsağa kimi çatsaydı, nəticə daha dəhşətli ola bilərdi. Həkimlər valideynləri muncuqlu oyuncaqların körpələrə verilməməsi çağırışını edib.

Xatırladaq ki, tibbdə körpələrin kiçik maqnit, muncuq, düymə udması halları çox olur. Amma muncuqların bir-birinə birləşib, qolbaq şəklini alması nadir vəziyyətdir.

2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ


22 mart 2019
GO BACK