ABŞ-ın Texas ştatında bir şəxsin evinin zirzəmisindən nə az, nə çox düz 45 zəhərli ilan aşkar edilərək götürülüb.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, ev sahibi evinin zirzəmisində zəhərli ilanların məskən saldığından xəbərsiz olub. O, televiziya kabelini çəkmək istəyərkən zəhərli ilanların burada məskunlaşdığının şahidi olub.
Belə ki, ev sahibi kabel quraşdırarkən ilk olaraq bir neçə iri ilan görüb. Bununla bağlı ilan toplayan şirkətə müraciət edib. Şirkət evin zirzəmisindəki ilanları yığmaq üçün bir neçə saat vaxt sərf edib. Onlar evin zirzəmisindən 45 ilan götürüblər. Ən böyük ilanın uzunluğu 167 sm olub.