"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".
Qadin.Net xəbər verir ki, bu barədə Milli.Az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.