Müğənni Cessika Simpson üçüncü dəfə ana olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçının qızı dünyaya gəlib. Cessika Berd Mey adını qoyduğu qızının ilk fotosunu İnstaqram səhifəsində yayımlayıb.
İfaçı bildirib ki, qızı 5 kiloqramdır. 38 yaşlı Simpson və əri futbolçu Erik Conson 8 ildir birlikdədir. Dörd il əvvəl onlar rəsmi nikaha giriblər. Onların Maksvell və Eysa adlı iki övladı da var.