Qadin.NET / Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi


Azərbaycana yaz gəlib.

Qadin.Net bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov trend-ə bildirib ki, ölkəmizə yaz fəsli gecə saat 01:58-də daxil olub.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri elan olunub. Bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab edilir. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləridir

Qeyd edək ki, bu il iyunun 21-i saat 19:54-də yay, sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

21 mart 2019
GO BACK