Qadin.NET / HAVA necə olacaq?

HAVA necə olacaq?

HAVA necə olacaq?


Yazın gəlişini qeyd etsək də bir neçə gündür Bakıda hava qeyri-sabit keçir.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir. Səhər saatlarından müşahidə edilən yağışın axşama kimi davam edəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yükəsləcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək

20 mart 2019
GO BACK