Avstriyanın ən qərbdə yerləşən Forarlberq əyalətinin Lustenau qəsəbəsi dünyanın ən hündür tonqalı ilə “Ginnesin rekordlar kitabı”na düşüb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, qəsəbədə qışın sona çatması münasibətilə təşkil edilmiş bayramda yandırılan tonqalın hündürlüyü 60,64 metr olub.
Bununla da indiyədək dünyanın ən hündür tonqalı hesab edilən və 2016-cı ildə Norveçin Alesund şəhərində yandırılan 47 metr hündürlüyündə tonqal birinciliyi əldən verib.
On mindən artıq şəxs 100 ton odundan quraşdırılmış tonqalın yandırılmasını izləyib