Rusiyanın tanınmış müğənnisi Yuliya Naçalova vəfat edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 38 yaşında dünyasını dəyişən ifaçının səhhətində uzun müddətdir problem var idi. Ölüm xəbərini onun piar-meneceri Anna İsayeva da təsdiqləyib.
Qeyd edək ki, bu həftənin əvvəlində müğənninin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Qanında şəkərin miqdarı kəskin yüksələn Yuliya diabetdən əziyyət çəkirdi. Komaya düşən müğənni reanimasiyaya yerləşdirilib, sünii nəfəsalma aparatına qoşulmuşdu. Onun bir neçə saat əvvəl ürəyi dayanıb. Həkimlər ağciyərində problem yarandığını, ürək və beyinə oksigen getmədiyini deyib.
Yuliyanın 12 yaşlı qızı var.