Qadin.NET / Demi Mur gözəlliyinin sirrini AÇIQLADI

Demi Mur gözəlliyinin sirrini AÇIQLADI

Demi Mur gözəlliyinin sirrini AÇIQLADI


Bu həftə Nyu-Yorkda aktrisa Qvinet Peltrounun təşkil etdiyi “Goop Health” sammiti keçirilib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, görüş iştirakçıları arasında onun anası Blayt Danner və qızı Eppl Martin, eləcə də El Makferson və Demi Mur olub. Çoxlarına məlum olduğu kimi sonuncu nadir hallarda müsahibə verir və ictimai yerlərdə görünür. Bununla belə Demi Mur sammitdə jurnalistlərin ona sağlamlıq, gözəllik və həyat təriz ilə bağlı ünvanladığı sualları cavabsız qoymayıb.

56 yaşlı Demi Mur öz yaşından xeyli cavan görünür, eyni zamanda qocalmaqdan qorxmur, çünki bu təbii prosesi sakit qarşılayır:

“Hər şey dəyişir. Mənimlə keçmiş arasındakı ən böyük fərq ondan ibarədir ki, indi əvvəlki kimi yaxşı fiziki formada deyiləm. Ancaq bu il mənim əsas mantram qəbul etməyi öyrənmək olacaq. Gözəl bir kitabda oxumuşdum ki, hirslənəndə, inciyəndə, küsəndə, ağrı və acı hiss edəndə biz qocalırıq. Bu, o demək deyil ki, özümüzü həmişə xoşbəxt hiss etməliyik, xeyr. Sadəcə neqativdə ilişib qalmamaq üçün çalışmaq lazımdır.

Və mən dəqiq hesab edirəm ki, gözəllik daxildən başlayır. Sən zahirə nə desən edə bilərsən, bununla belə xoşuna gəlmirsə, özünü pis hiss eləməyə davam edirsən və üzünə tətbiq etdiyin məhsulların faydası sənə şübhəli görünməyə başlayır”.

Demi Mur gözəlliyinin sirrini AÇIQLADI

Demi Mur gözəlliyinin sirrini AÇIQLADI


16 mart 2019
GO BACK