Müğənni Sılanı döydüyü iddia edilən aktyor Ahmet Kuralın narkotik maddə istifadə etdiyi və 10 ay həbs cəzası verildiyi, amma sərbəst qaldığı haqda xəbər yayılıb
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Kural bu haqda açıqlama verib. Xəbərlərin doğru olduğunu deyən aktyor "Hər kəsin keçmişdə xətaları var" sözlərini deyib.
Kural daha sonra bunla bağlı suallara "Hər insan kimi mənim də keçmişdə etdiyim nələrsə, olub. İstər maraq, istərsə də kiməsə oxşamağa çalışmaq deyin. 10 il əvvəl - 2009-cu ildə istənməyən belə bir hal yaşadım. Məhkəmə prosesi 2014-cü ildə bağlanmışdı. İndi yeni bir məhkəmə prosesi yaşayıram" cavabını verib.