Xalq artisti Emin Ağalarov Alessandro Safina ilə duet oxuyub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə 50 yaşı tamam olan mərhum xalq artisti Müslüm Maqomayevin "РЎРёРЅСЏСЏ вечность" mahnısını ifa ediblər.
Alessandro bildirib ki, mahnını ilk eşitdiyi andan ona aşiq olub:
"Onu "Jara" beynəlxalq musiqi festivalında italyan dilində oxumaq qərarına gəldim. Onu Maqomayev kimi layiq olduğu formada səsləndirdim".
Daha sonra isə Emin Safinaya mahnını iki dildə oxumağı təklif edib.
"Müslüm Maqomayev möhtəşəm ifaçı olub. "РЎРёРЅСЏСЏ вечность" əsl hitdir. mahnı mənim üçün çox şey ifadə edir. Onu hər zaman konsertlərimdə ifa edirəm. Hər zaman fikirləşmişəm ki, mahnı dünyada tanıdılmalı, müxtəlif dillərdə səsləndirilməlidir" deyə, Emin açıqlamasında bildirib
[media=sans-serif;>]