Qadin.NET / Ceki Çan aktyorlara çağırış edib

Ceki Çan aktyorlara çağırış edib

Ceki Çan aktyorlara çağırış edib


Dünya şöhrətli aktyor Ceki Çan Çin Xalq Siyasi Məşvərət Şurasının iclasında çıxışı zamanı aktyorlara müraciət edərək, onları yoxsulluğa qarşı mübarizə aparmağa çağırıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu barədə "The China Daily" qəzeti yazıb.

Aktyorun fikrincə, kino sənayesinin nümayəndələri yoxsulluğun aradan qaldırılması üçün öz nüfuzundan istifadə etməlidirlər.

C.Çanın sözlərinə görə, onun özü problemin həlli üçün səy göstərir. Məsələn, ötən ilin sentyabr-dekabr aylarında 29 qrup təşkil edib. Məşhur insanların başçılıq etdikləri bu qruplar Çinin yoxsul rayonlarında imkansız əhaliyə yardım göstərməyə çalışıblar

15 mart 2019
GO BACK