“Harri Potter” seriyasının 8 filmində rol alan aktyor Robbi Koltreyn əlil arabasına məhkum olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilir ki, o, oynaq xəstəliyindən əziyyət çəkir və əməliyyat olunacağı günü gözləyir.
Qeyd edək ki, aktyorun xəstə olması 2016-cı ildə məlum olub. Həkimlər həmin vaxt ona 40 kilo arıqlamağı məsləhət görüb. İlkin səbəb kimi, onda yaranan problemə səbəb artıq çəkili olması göstərilir.