Prodüser Mustafa Uslu və Sinem Öztürk ötən gün valideyn olmuşdular.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, prodüser eyni gündə həm ata, həm də baba olduğunu bildirib.
“Bəlkə də dünyada bir ilkdir. Ata olandan 1 saat sonra isə baba oldum. Qızımdan xahiş etdim ki, öncə mən ata olum, sonra baba olaram. O da təklifimi qəbul etdi” deyə, Mustafa bildirib