Qadin.NET / Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO

Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO

Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO


Bir qrup elm adamı və ictimai xadim bütün dünyada körpələrin genlərinin dəyişdirilməsini nəzərdə tutan tədqiqatlara bir müddət yasaq qoyulması ilə bağlı çağırış edib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, "Nature" jurnalında dərc olunmuş, 7 ölkədən 18 tədqiqatçının imzaladığı müraciətdə geni dəyişdirilmiş uşaqların dünyaya gətirilməsinin elmi və əxlaqi baxımdan mübahisəli olduğu vurğulanıb.

Müraciətdə bu tip fəaliyyətin azı 5 il qadağan olunması təklif edilir. Bu istiqamətdə diskussiyalar yalnız bitdikdən sonra dünyaya geni dəyişidirilmiş uşaq gətirməyə icazə verilib-verilməməsi qərarlaşdırıla bilər.

Hazırda 30 ölkədə genləri dəyişdirilən uşaqların doğuluşu qadağan olunub.

Bu problem Çinin Guangdong əyalətinin Şıncın şəhərində Hi Cienkui adlı alimin 7 əkizin embrionunun DNT-sində genetik dəyişiklik aparmasından sonra gündəmə gəlib.

Alim bu barədə ötən ilin noyabrında bir toplantıda məlumat verib və artıq ilk əkizlərin dünyaya gəldiyini söyləyib.

O, AİDS infeksiyası daşıyıcısı olan valideynlərdən alınmış spermaların laborator şəraitdə virusdan təmziləndiyini və mayalandırdığını bildirib. Alim işin uğurla başa çatdığını deyib.

Hi Cienkuinin sözlərinə görə, insan genetikası ilə bağlı belə fəaliyyətin qadağan oldunduğundan xəbərdardır və bu işə könüllü girişib.

Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO

Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO


14 mart 2019
GO BACK