Mərhum müğənni Ahmet Kayanın həyatından bəhs edən “Ahmedo iki gözüm” filminin çəkilişləri Parisdə başlamışdı.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Türkiyə, Almaniya və İsveçrənin birgə istehsalı olan filmə sənətçinin həyat yoldaşı Gülten Kaya və qızları Çidem və Melis Kaya etiraz edib.
Edilən açıqlamaya görə, hüquqi varis olan ailədən icazə alınmadan Ahmet Kayadan bəhs edən və hekayəsinin yer aldığı, yaxud bəhrələnildiyi heç bir layihənin çəkilməsinə Türkiyədə və dünyada icazə verilmir.