Qadin.NET / Cennifer Lopezin nişanlısının XƏYANƏT xəbəri yayıldı_FOTO

Cennifer Lopezin nişanlısının XƏYANƏT xəbəri yayıldı_FOTO

Cennifer Lopezin nişanlısının XƏYANƏT xəbəri yayıldı_FOTO


Nişan söhbətindən bir neçə gün sonra Aleks Rodrigesin Cennifer Lopesə xəyanət etmə xəbəri yayılıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ingilis mediası Aleksin həmkarının açıqlamasını yayıb. Beyzbolçu Xose Konseko Aleksin onun keçmiş arvadı ilə görüşdüyünü iddia edib. 


"CeyLo heç bilmir ki, Aleks ona mənim keçmiş arvadımla xəyanət edir. Cessika ilə Aleks gizli görüşür. Yazıq qadın indi elə bilir xoşbəxtdir. Aleks, ikiüzlülük etdiyin bəsdir. Gözümlə görmüşəm ki, Cessikaya necə zəng edirdin" deyə, idmançı paylaşımında yazıb. 

Xose bildirib ki, ona inanmasalar yalan dedektoru aparatından keçməyə hazırdır. 

Qeyd edək ki, Xose 1999-cu ildə boşanıb. Hətta arvadını döydüyü üçün həbs də edilib. Hakim 3 il arvadına yaxınlaşmasına qadağa qoyub

Cennifer Lopezin nişanlısının XƏYANƏT xəbəri yayıldı_FOTO


12 mart 2019
GO BACK