İtaliyada son 10 ildə 64 min ticarət obyekti bağlanıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ticarət İşçilərinin Milli Assosiasiyası “Confcommercio” təşkilatının sədri Karlo Sanqalli bildirib.
Təşkilatın prezidenti əlavə edib ki, ölkədə 2008-ci ildən 2018-ci ilə qədər 10 il ərzində təxminən 63,826 dükanın bağlanması ilə 11,1 faiz azalma müşahidə edildiyi halda, 44,924 yeni otel, bar və restoran açılmaqla 15,1 faiz artım qeydə alınıb