Həqiqi kürk geyindiyinə görə tənqid olunan Bülent Ersoy heyvansevərləri əsəbiləşdirəcək açıqlamalar verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı onu tənqidlərə sərt cavab verib:
“Mənə hücum edən heyvansevərlər xəstə ruhlu insanlar var. Onlar heyvanla öpüşən, itin-pişiyin tüpürcəyi ilə oynayan adamlardır. Övlad sahibi ola bilməyib, bir pişikdən və itdən həzz alırlar. Kürk geyinməyə davam edəcəyəm”