“İnsanlar texnologiya dövründə hər şeyi o qədər səthi yaşayır ki, kimsə bir-birinin gözünün içinə baxıb, “Sabahın xeyir” belə demir”.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri son zamanlar hicablı qadınlarla arasında qalmaqal yaşanan türkiyəli aktrisa Deniz Çakır deyib.O, insanlardan bir şans istəyib.“İndi mənə mənfi rəylər yazırlar. Yazacaqsınızsa, yenə də “pis” deyə, yazın, yenə məni sevməyin, amma başa düşməyi yoxlayın, bir şans verin. Bəlkə də sevərsiniz. Pis insanlar olmayaq, lakin belə olmamağı da özümüzə xatırladaq” deyə, Çakır bildirib.