Qadin.NET / 20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB


2017-ci ildə "Kainat gözəli" seçilən Lotte van de Zee vəfat edib. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Almaniyada dünyasını dəyişən model 20 yaşında infarktdan dünyasını dəyişib. Avstriyada istirahətdə olan qızın qəfil halı pisləşib. Həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

"Bizim mirvarimiz aramızdan ayrılıb. Sevimli Lottemiz artıq bizimlə deyil. Ürəyimiz paramparçadır" deyə, valideynləri İnstaqramda yazıblar. 
Valideynləri modelin sonuncu çəkilən şəklini də yayımlayıblar. Foto dağda xizək sürən zaman lentə alınıb. 
Yerli qəzetlərdən birinə müsahibə verən valideynlər "Lotte ölümündən bir gün əvvəl dostları ilə partidə olub. Xoş təəssüratla da gecədən ayrılıb. Səhhətiylə bağlı şikayəti də olmayıb" deyə, açıqlamada deyiblər. 
Modelin cəsədi daha sonra Almaniyaya xəstəxanaya gətirilib. Həkimlər onun ürək çatışmazlığından dünyasını dəyişdiyini təsdiqləyiblər.

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB

20 yaşlı "Kainat gözəli" öldü-SƏBƏB


9 mart 2019
GO BACK