Haqqında çəkilən sənədli film mərhum ulduz Maykl Cekson ətrafındakı qalmaqalları daha da gücləndirib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, pedofil olduğu iddia edilən müğənninin ailəsi dəfələrlə buna etiraz edib. Hətta Р’Р’РЎ radiosu onun bütün mahnılarını efirdən yığışdırıb.
Bu günlərdə isə Ceksonun bacısı la Toyun 1993-cü ildə verdiyi müsahibə yayılıb. 62 yaşlı qadın müsahibəsində qardaşının uşaqlara təcavüz etdiyini təsdiqləyib. Açıqlama 13 yaşlı Corc Çendlerin atasının sözlərindən sonra elan edilib.
"Maykl mənim qardaşımdır, onu sevirəm. Amma onun günahlarının bir hissəsi olmayacam və susmayacam. Günahsız uşaqlara qarşı etdiklərini qınayıram. Bu düzgün deyil", - bacısı açıqlamasında qeyd edib. Əvvəl bu kadrlara önəm verilməsə də, hazırda həmin sözlər analiz edilir