Ötən gün Sıla ilə Ahmet Kuralın məhkəməsi baş tutub.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, məhkəmə prosesində tərəflərin ifadəsi mətbuata sızıb.
Sıla Ahmet Kural tərəfindən bir saat boyunca döyüldüyünü iddia edib. Onun dediyinə görə, aktyor onu böyrəyindən qan gələnə qədər təpikləyib. Bu əsnada Ahmetin vəkili "Sıla xanım, böyrəyinizdən qan gəldiyini söyləyirsiz, həmin vaxt menstruasiya dönəmindəydiz?" sualını verib. O, isə "xeyr" deyə cavablayıb.
Müğənni daha sonra qanlı paltarlarını dəlil kimi təqdim edib. Qarşı tərəfin vəkili isə bildirib ki, Sılanın paltarındakı qan Ahmetin dodağının partlaması nəticəsində bulaşıb.
Sılanın ifadəsi:
"Hadisə oktyabr ayının 29-u günü baş verib. Evdəydik, birdən Okan Can Yantırla sevgili olmağım barədə soruşdu. Qısqanmağa başladı. Qışqırıb, təhqir dolu ifadələr işlətdi. İtələdi, yerə yıxıldım, məni təpiklədi"
Ahmet Kuralın ifadəsi:
"Münasibətimiz 2017-ci ildə başlayıb. Ayrılan mən oldum, lakin o, döyüldüyünü iddia edərək Okan Can Yantırla sevgili oldu. May ayında mənə "geri dön" mesajı yazdı. Cavab yazmadım. 10 gün sonra xalası mesaj göndərdi. İddia etdiyi olayın baş verdiyi gün sərxoş idi. Okanla sevgili olduğunu etiraf etdi. Mübahisə etdik, "rədd ol" dedim". İtələdim, yıxıldı. Yıxıldıqdan sonra "səni məhv edəcəm, Ahmet" dedi".
Onların məhkəməsi növbəti tarixə ertələnib.