Qadin.NET / Hande Yener ərə gedir?

Hande Yener ərə gedir?

Hande Yener ərə gedir?


Hande Yener İstanbulda bir məkanda səhnəyə çıxıb. Konsertdən sonra ifaçı səmimi açıqlamalarla diqqət çəkib. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, yaxın günlərdə yeni mahnı təqdim edəcəyini bildirən Yener "Ağır iş rejiminə girmişəm. Studyiya ilə ev arasında get-gəllə yay hazırlığına başlamışam" sözlərini əlavə edib. 

Yaxın dostu Aylin Çoşkunun evlilik məşqlərində yanında olduğunu söyləyən Hande hər kəsi təəccübləndirən açıqlama ilə diqqət çəkib. Yener jurnalistlərin “Demet Akalınla nə zaman görüşəcəksiniz" sualına "Barışmağımız bir möcüzədir, siz buna təəccüblənin. Biz yavaş-yavaş, təmkinlə irəliləyirik" deyərək, gülməyə başlayıb. 

Konsert zamanı sevgilisinin də onun yanında olduğunu deyən Hande "Sizin toy nə vaxtdır" sualına "Sürpriz edə bilərik sizlərə" cavabını verib.

8 mart 2019
GO BACK