Türkiyəli müğənni Bülent Ersoy sətəlcəm olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə “Süper FM” radiosu məlumat yayıb.
Bildirilir ki, ifaçı 5 gündür müalicə alır.
Qeyd edək ki, Ersoy yanvarda da sətəlcəm olmuşdu. O, verdiyi açıqlamada səbəb kimi, “Kürk geyinmirəm deyə, sətəlcəm olmuşam” sözlərini demişdi