52 yaşlı Salma Hayek "Town & Country" dərgisinin aprel buraxılışının üz qabığında qonaq olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 56 yaşlı fransız biznesmen Fransua Anri Pino ilə ailəli olan aktrisa evliliklərinin 10 ilini qeyd etdiklərini bildirib.
O bildirib ki, Avropanın ən varlı şəxslə münasibəti çoxlarına saxta gəlib:
"Amma həmin acıdil insanlar bizim xoşbəxt yaşamağımıza mane ola bilməzlər. O, dünyanın ən yaxşı həyat yoldaşıdır. Onun yanında olduğum kimiyəm. Məni çərçivəyə salmağa çalışmır. Bizim tanışlığımız da çox romantik oldu.
Çoxları mənim ərə getmə xəbərimə təəccüblənmişdi. Bəzilərini bu, hələ də qorxudur. İnsanlar bir meksikalının belə bir diqqət ətrafında yaşayacağına inanmadılar.
Düşünürəm ki, mən çox yaxşı anayam. Gec ana olsam da, ona bütün sevgimi verməyi bacardım".