ABŞ-ın Texas ştatında yaşayan Vayli Simpson (Wyley Simpson) uşaq dünyaya gətirib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, 28 yaşlı transseksual hamiləlik zamanı keçirdiyi hislərdən danışıb.
Cinsiyyətini dəyişdirdikdən sonra hamilə qaldığını öyrənən Vayli şoka düşüb. Lakin o, tərəddüd etmədən uşağını dünyaya gətirmək qərarına gəlib.
Vayli ötən ilin sentyabr ayında "ata" olub. O, qeysəriyyə üsulu ilə doğum edərək oğlunu dünyaya gətirib. Vayli övladına Rovan adını verib.
Mətbuata açıqlama verən Vayli hamiləliyi müddətində tənqid və təhqirlərə məruz qaldığını söyləyib. O, bildirib ki, övladını qucağına aldıqda ona deyilən bütün sözləri unudur.
Qeyd edək ki, Vayli dünyaya qadın olaraq gəlib. O, cinsiyyətini dəyişdirərək "kişi" olub