Taylandlı iş adamı Arnon Rodthonq 26 yaşlı qızı ilə evlənəcək kürəkəni tapmaq üçün müsabiqə keçirəcəyini bildirib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Arnon müsabiqənin qalibinə 500 min manatdan çox pul mükafatı verəcək.
Arnonun sosial şəbəkədə bu barədə məlumat verməsindən sonra yüzlərlə insan qızla evlənmək üçün müraciət edib. Meyvə biznesi ilə məşğul olan 58 yaşlı Arnon qızının ailə qurmaq istədiyini, onun üçün ideal ər tapmaq üçün müsabiqə keçirəcəyini bildirib. Qalib gələn şəxsə isə 10 milyon Tayland bahtı (pul vahidi-Azərbaycan manatı ilə 500 min manatdan çox) mükafat veriləcəyini deyib.
İş adamının qızı Karnista Rodthonq isə atasının fikrindən məmnun olduğunu qeyd edib: "Sosial tədbirlərə birlikdə gedib foto çəkdirə biləcəyim birini axtarıram".