Dünyanın ən ekstravaqant müğənnilərindən biri amerikalı Ledi Qaqa "V Magazine" jurnalının 25 illiyi münasibətilə yubiley sayı üçün fotosessiyaya çəkilib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 32 yaşlı müğənninin "Qalaktikalararası Mariya-Antuanetta" obrazında olduğu sessiyanın müəlifi tanınmış fəşn fotoqraf Jan-Pol Quddur.
Qudun dediyinə görə, Ledi Qaqanı "canlı kukla" kimi təsvir etməyə çalışıb.
"Lakin alınan nəticə "kukla" sözünü eşidəndə insanların çoxunun gözləri qarşısına gələn xoş, mülayim obrazdan uzaq oldu", - Qud söyləyib.