Acun Ilıcalı ilə boşanandan sonra gündəmdən düşməyən Şeyma Subaşı ilə Demet Akalın arasında qalmaqal yaşanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, maqazin səhifələrindən birində Acun Ilıcalı və qızı Melislə bağlı bir xəbərə rəy yazan Subaşı səhifəni idarə edən xanıma “Eylem, bu xəbərlə yəqin ki, zarafat etmək istəmisən, TV8-də necə işləməyə başladığını da səhifəndə paylaş zəhmət olmasa” deyə, yazıb.
Onun bu rəyindən sonra Demet Akalın “Şeymanı bomba partlayanda rəqs videosu paylaşanda xəbərdar etmişdim. Qardaşım iki il kabel daşıyaraq əmək verdiyi TV8-dən bir həftə sonra qovuldu. Hansı zarafatdan danışırsınız? Deməli, işə qəbul edib, çıxarmaq sizin əlinizdə idi. Əfsus! Uşağın psixologiyasını pozmuşdun. Qardaşım TV8-dən qovuldu olsun, yenə də müdürdən küsmədik, fikirləşdim ki, bir bildiyi var ki, belə edib” sözlərini yazaraq Şeymanı qardaşını işdən çıxarmaqda ittiham edib.
Şeyma Subaşı isə ittihamlara sosial media hesabında cavab verib:
“Bax, o dediyiniz “iki il kabel daşıdığı kanalda” nəzərdə tutduğun şəxsi işdən çıxaran mən deyiləm. Hətta bunun qarşısını almaq istəyən mənəm. Xahiş edirəm, hər gün məndən danışmağa və haqqımda yalan xəbərlər yaymağa davam edin. Bilmirəm nədəndir, amma özümü haqsızlığa uğradığım üçün hər gün daha da güclü hiss edirəm.
Hər şeyi mənim üstümə atmağa, Şeyma cavab verməz deyə, qaralamağa davam edin. Talehim bu imiş. Hamınız bütün masalarda məndən danışacaqsınız, mən isə həyatımı yaşamağa davam edəcəyəm. Çox da pis deyil, çox şükür”.