Qadin.NET / Sfinksin burnunu kim qoparıb? - FAKT

Sfinksin burnunu kim qoparıb? - FAKT

Sfinksin burnunu kim qoparıb? - FAKT


Misirdə Sfinksin heykəli bütün tarix boyu insanların diqqət mərkəzində olub. Qadın başlı, aslan bədənli, qanadları olan heykəl 7 min ildir ki, mövcuddur. Amma bu heykəlin burnunun necə, nə zaman və kim tərəfindən qoparıldığı hələ də tam məlum deyil.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, tarixçilər və misirlilər bu məsələdə bir çox insanı ittiham ediblər. Əsas ittihamlar isə Napoleonun payına düşüb. Amma bu, əslində səhvdir. Çünki 1886-cı ildə lentə alınmış bir fotoda Sfinks artıq burunsuzdur. Deməli, Napoleon ordusu Misirə daxil olmadan əvvəl də heykəl belə olub.

Başqa bir versiyaya görə, Məhəmməd Saim əl-Dax 1378-ci ildə yerli sakinlər tərəfindən vandalizmə görə daş-qalaq edilir. Ehtimal edilir ki, o, Sfinksin burnunu qopartdığı üçün misirlilərin qəzəbinə tuş gəlmişdi.

Buna baxmayaraq, bu günə qədər də ekskursiya rəhbərləri heykəlin burnunun Napoleon tərəfindən qoparıldığını, Luvra göndərildiyini danışırlar. Amma məşhur Paris muzeyində belə bir eksponat yoxdur və olmayıb.

Son məlumatlara görə isə, Sfinksin altında Atlantida sivilizasiyasının əlyazmalarından ibarət zal var. Amma alimlər hələ də bu zala daxil ola bilmirlər. Çünki zalın girişi energetik sahə ilə qorunur.

6 mart 2019
GO BACK