Amerikada kosmetika firmasının sahibi olan 21 yaşlı Kayli Cenner “Dünyanın ən gənc milyarderi” seçilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, “Forbes” dərgisi Cennerin 1 milyard dollar sərvətinin olduğunu yazıb.
Mark Zukerberqin taxtını əlindən alan Kayli eyni zamanda “Sərvətini özü qazanan ən gənc milyarder” ünvanının da sahibi olub.
Qeyd edək ki, Xloe və Kim Kardaşyan ailəsinin ögey bacısı olan eyni zamanda modellik də edən Cenner şirkətini 2015-ci ildə qurub.