Qadin.NET / Bu qadın taxıl biti ilə xərçəngi müalicə edir

Bu qadın taxıl biti ilə xərçəngi müalicə edir

Bu qadın taxıl biti ilə xərçəngi müalicə edir


Los-Anceles şəhərinin sakini Marsela İqlesias əmindir ki, qidaya taxıl biti əlavə etmək onkoloji xəstəliklərdən qaçmağa imkan verir və immunitet sistemini möhkəmləndirir.

 Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, amerikalı qadın hər gün 5 diri taxıl biti yeyir.

Bununla belə,sözügedən pəhriz bir elmi tədqiqat nəticəsində ortaya çıxıb. Tədqiqat 2011-ci ildə aparılıb. Alimlər müəyyən ediblər ki, Çinin taxıl bitləri ölümdən əvvəl xüsusi zəhər ifraz edirlər və bu zəhər xərçəng hüceyrələrinin artımının qarşısını alır.

Kiçik miqdarda bu zəhər xərçəng inkişafını 70 faiz azaldır. Qeyd etmək lazımdır ki, dünya elmi sözügedən tədqiqatın nəticələrinə şübhə ilə yanaşıb. Bu səbəbdən bir çox mütəxəssis sözügedən böcəkləri yeməyi məsləhət görmür.

Marsela İqlesias bu tədqiqatın nəticələrinə inanır və bir neçə aydır ki, taxta bitlərini xüsusi plastik konteynerlərdə artırır. Həşəratlar sürətlə çoxalır və bu səbəbdən Marsela istədiyi kimi pəhriz saxlayır.

Marselanın sözlərinə görə, 6 il əvvəl onun bir dostuna xərçəngin son mərhələsi diaqnozu qoyulub. Ona kimyəvi terapiya təyin edilsə də, xəstə bundan imtina edir və internetdə öyrəndiyi taxta biti müalicəsinə başlayır. Xəstə gün ərzində 40-50 həşərat yeyir.

Həkimlərin proqnozuna əsasən, amerikalının cəmi bir neçə ay ömrü qalmışdı. Amma sonradan həmin şəxsin sağaldığı və bu günə qədər də yaşadığı üzə çıxıb.

5 mart 2019
GO BACK