Qadin.NET / Balıq bazarında canlanma var - QİYMƏTLƏR

Balıq bazarında canlanma var - QİYMƏTLƏR

Balıq bazarında canlanma var - QİYMƏTLƏR


Bayram günləri ərəfəsində balıq bazarında canlanma müşahidə edilir.

Qadin.Net xezerxeber.az-a istinadən bildirir ki, balıqların qiymətləri isə növündən asılı olaraq dəyişir.

Satıcılar deyirlər ki, Novruz bayramı ərəfəsində havalar yaxşı keçdiyindən dənizdən tutulan balıqlar bazara çox gətirilir. Satış da əvvəlki aylara nisbətən xeyli artıb. Məhsulun çoxluğu qiymətlərin də ucuzlaşmasına səbəb olub.

Tələbat daha çox dəniz və çay balıqlarınadır. Ən çox satılan balıq növləri isə farel və kütümdür. Süni göllərdə yetişdirilən balıqlar nisbətən ucuz olsa da, onlara tələbat azdır. Havaların əlverişli keçməsi məhsulun bol olmasına, qiymətin isə stabil qalmasına səbəb olub.

Alıcılar da çeşidin çox və qiymətlərin mart ayı üçün normal olduğunu deyirlər. Daha çox tələbat olan balıqlardan biri də kütüm balığıdır ki, bayramda ləvəngi bişirmək istəyənlər bu balığa üstünlük verirlər.

Balıq satanlar bildirirlər ki, havalar isindikcə qiymətlər daha da enəcək

5 mart 2019
GO BACK