Xəbər verdiyimiz kimi, “Sen anlat Karadeniz”in baş rol aktrisası İrem Helvacıoğlu aparıcılar Bircan Bali və Ece Erkeni məhkəməyə verərək, onlardan 100 min təzminat tələb etmişdi.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi bu dəfə aparıcılar haqda prokurorluğa şikayət məktubu yazıb.Helvacıoğlu cütlüyün şəxsiyyətini təhqir etdiklərinə görə cəzalandırılmasını tələb edir.Qeyd edək ki, aparıcılar efirdə İremə qarşı “Ən kralını belə doğramışıq. Qızım, sən bitdin” kimi sözlərlə onu alçaltmışdı.