Bu ay dərgilərin birində üz qabığında olan aktrisa Hande Erçelin seçilən ilk fotosu qalmaqala səbəb olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bir masanın üstündə seksual poz verilən şəklin üz qabığı üçün seçilməsi Handeni özündən çıxarıb.
Anasını yenicə itirən sənətçinin “Bu fotonu üz qabığına yerləşdirməyin, yoxsa belə bir vəziyyətdə tənqid olunaram” deməsi, jurnalın çapına az qalmış dəyişikliyə səbəb olub.
Qeyd edək ki, aktrisanın anası yanvarda vəfat edib.