Qadin.NET / Dünyanın ən varlı qadını məlum oldu

Dünyanın ən varlı qadını məlum oldu

Dünyanın ən varlı qadını məlum oldu


“Forbes” jurnalı yenə də dünyanın ən varlı şəxslərinin siyahısını hazırlayıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ilk növbədə 2019-cu ildə planetin ən varlı qadını siyahısı tətbiq edilib. 


CNN-də yer alan xəbərdə bildirilib ki, “L`Oreal” kosmetika şirkətinin sahibinin varisi Fransuaza Betankur-Mayers siyahıya başçılıq edir. Onun sərvəti 49,3 milyard dollar dəyərindədir. Milyarderlərin ümumi siyahısında isə Fransuaza 15-ci yerdədir.

Qadın sözügedən şirkətə 1997-ci ildən rəhbərlik edir. İş xanımı qadın saç boyalarını icad edən və şirkətin əsasını qoyan Ejen Şullerin nəvəsi, Lilian Betankurun yeganə varisidir. Ailə şirkətin səhmlərinin 33 faizinə sahibdir.

Ötən il “Forbes” jurnalı “Valmart” hipermarketlər şəbəkəsinin sahibi Elis Uoltonu ilin ən varlı qadını elan etmişdi. Onun sərvəti 46 milyard dollar idi

Dünyanın ən varlı qadını məlum oldu


5 mart 2019
GO BACK