Qadin.NET / Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...

Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...

Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...


Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.

 Qadin.Net trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir.

R.Səttarzadə əlavə edib ki, iqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib və nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb:

"Su problemlərinin kəskinləşməsi ona gətirib çıxardı ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş BMT-nin ətraf mühit və inkişaf konfransında həyəcan təbili çalındı. Bundan sonra BMT Baş Assambleyasının qərarına əsasən 1993-cü ildən etibarən hər il martın 22-də Ümumdünya su günü qeyd olunmağa başladı. Bu günün keçirilməsində məqsəd su resurslarının qorunmasının təşviq olunmasıdır. İlk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar. Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür. Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb"

4 mart 2019
GO BACK