Qadin.NET / Bu gün Od Çərşənbəsidir!

Bu gün Od Çərşənbəsidir!

Bu gün Od Çərşənbəsidir!


Bu gün Azərbaycanda Od çərşənbəsidir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.

Novruz bayramı öncəsi qeyd edilən dörd çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha da özəlliyi var.

Od, tonqal istiliyin olması mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.

Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə də bağlayırlar.

Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.

Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur.

Qeyd edək ki, axır çərşənbə martın 19-da olacaq.

5 mart 2019
GO BACK